“Bu ilin əvvəlindən həyata keçirilən sosial paketin büdcəsi 2,1 milyard manatdır və 3 milyon 100 min insanı əhatə edir”.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Kistoz fibroz günü"ə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, əlilliyi olan şəxslərə ödənişlər 2,6 dəfə, pensiyalar 50 faiz, təqaüdlər 4 dəfə, əlilliyi olan şəxslərə yönəldilən vəsait 1 milyard manata qədər artıb:
"İstəyirik ki, məşğulluq sahəsində əlilliyi olan şəxslərin iştirakını azı 5 faizə çatdıraq. Hazırda bu rəqəm 3,7-3,8 faiz ətrafındadır. 1 iyul 2022-ci il tarixdən əlilliklə bağlı qüvvəyə minəcək yeni meyarlara əsasən “kistoz-fibroz” xəstəliyi də siyahıya salınacaq" – deyə o bildirib.
Qeyd edək ki, kistoz fibroz (KF) irsi yolla keçən metabolik xəstəlikdir. Onun əsas simptomlarına uşaqlıq dövründə keçirilən kəskin ağciyər xəstəlikləri və xroniki steatoreyaya səbəb olan mədəaltı vəzinin ekzokrin çatışmazlığı aid edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:21 / 09.03.2022
Bu xəstəlik də əlillik siyahısına daxil ediləcək
Hazırda oxunan: Bu xəstəlik də əlillik siyahısına daxil ediləcək
Hazırda oxunan: Bu xəstəlik də əlillik siyahısına daxil ediləcək
63878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.