Mingəçevir Ting Bazarından REPORTAJ: Sitrus ağacları ölkənin içərilərinə doğru yayılır - FOTO

Hazırda oxunan: Mingəçevir Ting Bazarından REPORTAJ: Sitrus ağacları ölkənin içərilərinə doğru yayılır - FOTO

63841

30 ildir ağac tingçiliyi ilə məşğul olan Əzizə Muradovanı Mingəçevir və ətraf bölgə sakinləri əzbərdən tanıyır. Əzizə xanım Tərtər rayonunun Sarıcalı kənd sakinidir. Özünün dediyinə görə, uzun illərdir yaşadıqları kənddə böyük tingçilik təsərrüfatı ilə məşğul olurlar. Demək olar hər il bütün növdən olan 40 mindən çox ting yetişdirib bazara çıxarırlar. Əsasən də Mingəçevirə üz tuturlar. 

Artıq daimi alıcıları da var. Bəs ağacların çiçəklədiyi indiki anda ting alıb əkmək nə dərəcədə faydalı ola bilər sualımıza əminliklə cavabını verdi; 

"Biz Tərtərdə ailəliklə sırf bu işlə məşğul oluruq, həm də illərdir. Mart ayının axırı və aprelin ilk ongünlüyünə kimi ağac tingləri əkilirsə, normal şəkildə torpağa kök atıb yetişəcək. Yalnız bu dönəmdə əkilən tinglərə xüsusi  quluq göstərmək lazımdır".

Yazın ilıq nəfəsi duyulsa da bağında, bağçasında yaşıllıqlar salmaq arzusunda olan insanlar hələ də həvəslə ağac tingləri satılan ünvanlara üz tutur. Əzizə Muradova da öz işi haqqında Bizim.Media-nın yerli bürosuna bu barədə danışır:  

"Şükür alıcılıq yaxşı olib dekabrdan indiyə kimi. Yalnız pandemiyanın başladığı ilk vaxtlarda çətinlik çəkdik. Amma bu gün alıcı sayından narazıkığımız yoxdur. Hər cür ağacımız var. Bir manat, manat yarımdan başlayan və artan qiymətlərlə. Baxır ağacın növünə, boyuna. Bir də ki, dekabrdan başlayan ting satışı mövsümü sona yaxınlaşdıqca qiymət məsələsində də tərəfimizdən güzəştlər artırılır. Hər cür ağaclar satmışıq indiyədək amma bu mövsüm daha çox gilas və alça tinglərinə tələbat vardı".

Əzizə xanımın beş addımlığında Tərtər rayonundan olan daha bir təsərrüfatçı həmyerlisi ağac və gül kollarının satışı ilə məşğul olur.

Abbas İbrahimov Bayandır kəndində yaşadığını və tingləri də orda yetişdirdiyini deyir:

"Ağclarımızın içində bölgə üçün xarakterik olmayan apelsin ,mandarin, feyxua və digər tinglər də var. Artıq dəfələrlə uğurlu nəticələr alınıb, yəni bu ağaclar mərkəzi aran regionunda da arzuolunan şəkildə yetişir. Ölçüsünə uyğun qiymətləri də fərqli olur. Məsələn mandarin, apelsinin qiyməti 7, 15 və 20 manat arası dəyişir. Alıcılar bu il zetun ağacına da meylli olib". 

Qeyd edək ki, Abbas İbrahimov aprel ayının 15-nə kimi ağac tingi satışlarını davam etdirmək niyyətindədir.

O da digər təsərüfatçılar kimi  bu mövsüm ağaclara alıcıların böyük marağı olduğuni bildirir və bu səbəbdən də mövsümün bitəcəyi aprel ayının ortalarına kimi alıcılarını gözləyəcəyini qeyd edir. 

Ehtiram Muradov, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin