Moskvada Azərbaycan diplomatının 100 minlik maşını oğurlanıb.
Dekabrın 3-nə keçən gecə Azərbaycanın Moskvadakı səfirliyinin attaşesi Nemət Nağdəliyevin avtomobili naməlum şəxslər tərəfindən oğurlanıb.
Moderator.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu haqda “LifeNews”x9d kanalı məlumat yayıb.
Məlumata görə, diplomat “Range Rover”x9d markalı avtomobilinin oğurlandığı haqda polisə ərizə verib. Ərizəsində bildirib ki, dekabrın 3-nə keçən gecə Moskvanın Zemlyanoy Val küçəsində ona məxsus “Range Rover”x9d avtomobili oğurlanıb. Diplomat oğurlanan avtomobilin qiymətinin təqribən 100 min dollar olduğunu göstərib.
Hüquq-mühafizə orqanları avtomobili “Potok”x9d elektron sistemi vasitəsilə qeydə ala biliblər. Lakin maşını oğurlayanlar “Sadovoy koltso”x9ddan ara yola dönərək izi itirə biliblər. Maşının yol patrul polisinin müşahidə kameralarına düşdüyü bildirilir. Hazırda maşını qaçıranların axtarışı davam edir.
Musavat.com-un məlumatına görə, Nemət Nağdəliyev Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevin oğludur.































































































