Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Babayev Rahid Bəxtiyar oğlunun ailəsinə də müvafiq sosial dəstək işləri aparır.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.
Məlumata görə, şəhidin ailəsi ilə görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onlara Prezidentin aylıq təqaüdünün təyin edildiyini bildiriblər.
Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alacaqları, pensiya təyin olunacağı halda uşaqların hər birinə aylıq müavinət də ödəniləcəyi bildirilib. Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də məlumat verilib.
Şəhidin orta ixtisas təhsilli olan həyat yoldaşının işlə təmin olunması məsələsinin də diqqətdə saxlanacağı qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:51 / 25.12.2020
Şəhidin ailəsinə Prezidentin aylıq təqaüdü təyin edildi - FOTO
Hazırda oxunan: Şəhidin ailəsinə Prezidentin aylıq təqaüdü təyin edildi - FOTO
Hazırda oxunan: Şəhidin ailəsinə Prezidentin aylıq təqaüdü təyin edildi - FOTO
6368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.