Son 20 ildə Bakıda və Abşeron yarımadasında martın 8-də müsbət temperatur qeydə alınıb, yalnız 2021-ci ildə gecə 0.2 dərəcə şaxta olub.
Bizim.Media xəbər verir ki, bu barədə Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva məlumat verib.
Ü.Tağıyeva qeyd edib ki, bununla yanaşı, martın 8-də yay havasının müşahidə olunduğu illər də olub: “2002-ci ildə Gəncə-Qazax zonasında havanın maksimal temperaturu 29.9-a, mərkəzi Aran zonasında isə 26.9 dərəcəyədək yüksəlib".
Onun sözlərinə görə, ən isti bayram 2002-ci ildə olub, temperatur 27.3 dərəcəyə çatıb:
“Adətən günəşli, dəyişkən buludlu hava hökm sürür. Yalnız 8 ildə hava yağışlı olub və ən çox yağıntı 2016-cı ildə düşüb - 8 mm. Bölgələrə gəlincə, ən aşağı temperatur 2013-cü ildə müşahidə olunub, o zaman Gəncə-Qazax zonasında 11.5 dərəcə şaxta qeydə alınıb. Balakən-Şəki zonasında 2004-cü il martın 8-də qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb.
Ü.Tağıyeva onu da bildirib ki, bu il martın 8-də hava şəraiti mülayim keçəcək, sabah axşam isə dəyişəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:37 / 08.03.2022
Sabah axşam saatlarında hava dəyişəcək - Umayra Tağıyeva
Hazırda oxunan: Sabah axşam saatlarında hava dəyişəcək - Umayra Tağıyeva
Hazırda oxunan: Sabah axşam saatlarında hava dəyişəcək - Umayra Tağıyeva
63668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.