4 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Hazırda oxunan: 4 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

63660

Goranboyda ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Elşad Əskərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin avqustunda Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Goranboy rayonu Goran qəsəbəsi ərazisindən keçən 316-cı km-də qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 1972-ci il təvəllüdlü E.Əskərov idarə etdiyi “Ford Transit” markalı, 10-HN-936 dövlət qeydiyyat nişanlı mikroavtobus idarəetmədən çıxaraq yolun sağ kənarında boş sahəyə aşıb.
Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişinlər, Yevlax rayon sakinləri - 1976-cı il təvəllüdlü Rəhmiyyə Cavadova, 1970-ci il təvəllüdlü Rəna Həsənova, 1971-ci il təvəllüdlü Əbülfət Əkbərov və 1971-ci il təvəllüdlü Lətif Şahverdiyev hadisə yerində ölüblər, 10-dan artıq şəxs isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin