Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma “məhkəməsi”x9d sona yaxınlaşır

Hazırda oxunan: Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma “məhkəməsi”x9d sona yaxınlaşır

63659
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində Xankəndidə qurulmuş qondarma “məhkəmə”x9d sona yaxınlaşır.

APA-nın məlumatına görə, bu barədə “news.am”x9d-a Şahbaz Quliyevin “vəkil”x9di Arkadi İsraelyan bildirib.
 
Bu gün keçiriləcək “proses”x9ddə Azərbaycanda əsirlikdə olmuş Akop İnciqulyan ifadə verəcək.
 
Qondarma “məhkəmə”x9d bu il oktyabrın 27-də başlayıb.
 
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
 
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin