“Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz”x9d. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir barəsində geniş mübahisələr gedən lavaşın bütün regiona məxsus olduğunu deyib.
“Reallıq odur ki, bu gün Ermənistanda lavaş bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir".
Onun sözlərinə görə, UNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb.
"UNESKO-nun bununla bağlı verdiyi qərara görə, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil".






















































































