Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu
“Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”, - bildirilib.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, Azərbaycan-Ermənistan sərhədində (Naxçıvan istiqamətində) atışma olub Nəticədə iki erməni hərbçi yaralanıb.
Onlardan biri - leytenant Qraç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb.
Bizim.Media