Moderator.az bir müddət öncə Almaniyanın Münhen şəhərində nüfuzlu "Wilhelm Leibniz" medalı ilə təltif edilmiş əməkdar elm xadimi, professor, fizika elmləri doktoru, parlamentin təhsil komitəsinin keçmiş sədri Şahlar Əsgərovdan qısa müsahibə götürüb, onu təqdim edirik:
-Sizi hansı mükafatla təltif ediblər?
-Avropa Elm- Sənaye Konsorsiumu (www.euscience.info) texniki və fizika ”“riyaziyyat elmləri üzrə təltiflər departamentinin qərarı ilə Wilhelm Leibniz medalı təsis edilmişdi. Medalla texnika və fizika- riyaziyyat elmlərinin inkişafına beynəlxalq ictimaiyyətin qəbul etdiyi töhfəyə görə tanınmış Rusiya və xarici ölkə alimləri təltif edilir.
-Bu mükafat elmdə hansı xidmətlərə görə verilir?
-Mənə gələn məktubda yazılmışdı ki, Rusiya Təbiət Elmləri Akademiyasının Prezidiumu “mötəbər nəşrlərdə çap olunan məqalələrinizi, RTA tərəfindən verilən təltiflərinizi, elm və təhsilin inkişafına verdiyiniz töhfələri”x9d nəzərə alaraq Sizi bu mükafata təqdim etmişdir.
Mənim “Wilhelm Leibniz" medalı ilə təltif edilməyimlə bağlı müsbət qərar 1.08.2014 tarixdə qəbul edilmişdi və bu medalı mən18.11.14 cü ildə Münchendə (Almaniya) ənənəvi beynəlxalq “ELM VƏ TƏHSIL SƏRHƏD BILMƏZ”x9d elmi konfransı zamanı "Hotel Bayerisher Hof 5"də təqdim edildi.
Rusiya Təbiət Elmləri Akademiyasının prezidenti, akademik Ledvanov M.Y. “Wilhelm Leibniz" medalıni təqdim edir.

-Azərbaycanda bu mükafat əvvəllər kiməsə verilibmi?
-Mənə verilmiş medalın arxa tərəfində 34 rəqəmi həkk edilib. Bu o deməkdir ki, məndən öncə bu medala 33 nəfər təltif edilib. Azərbaycanda bu mükafatın əvvəllər kimə verildiyindən xəbərim yoxdur, amma Azərbaycandan BDU ”“nun kafedra müdrü prof Eldar Mənsimov və ADPU-dan riyaziyatçı Rahib Abbasov da bu medala layiq görülüb.
-Azərbaycan elminin bu günü ilə bağlı nə deyərdiniz?
-Elm kimi psevdaelm də var. Ona "ljenauka" deyirlər. Alim olduğu kimi, kvazialim də, psevda alim də var. Psevdaalimlər elmə çörək ağacı kimi baxırlar. Həqiqi alimlər elmi həyatının mənası bilirlər. Arzu edərdim ki, Azərbaycan elmi psevdaelmdən uzaq olsun. Azərbaycan elmi də ölkəmizi quruculuq işləri, idman, neft kimi dünyada tanıda bilsin. İmkan verilməməlidir ki, psevdaalimlər həqiqi alimləri elm sənhəsində sıxışdırsınlar.
































































































