Bakıda 3 nəfəri bıçaqlayan şəxsə hökm oxundu

Hazırda oxunan: Bakıda 3 nəfəri bıçaqlayan şəxsə hökm oxundu

63498

Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Röyal Rəhimzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin may ayında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ögey anasını öldürən qadın və ərinə hökm oxundu - 35 il həbs...


Belə ki, mübahisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, "Baksol" yaşayış massivindəki "Baksol Market" in yanında siqarət üstündə olub. Mübahisənin böyüməsi nəticəsində Ramil, Elmin, Fuad adlı şəxslər R.Rəhimzadə tərəfindən bıçaqlanıb.

Yaralılar təcili tibbi yardım briqadasını köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Daha sonra İ.Əhmədov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.2-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin