667 nəfər QİÇS-dən ölüb - Qorxulu statistika

Hazırda oxunan: 667 nəfər QİÇS-dən ölüb - Qorxulu statistika

63463
"2014-cü ilin 11 ayı ərzində Azərbaycanda 561 yeni İİV-ə yoluxma faktı aşkarlanıb". 

Azvision.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İİV-ə yoluxanlardan 545-i (97,1%) Azərbaycan vətəndaşı, 16 nəfəri (2,9%) isə əcnəbi vətəndaşlardır. 

"Qeydiyyata alınmış 545 Azərbaycan vətəndaşından 336-sı (61,7%) kişi, 209-u (38,3%) qadındır. Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu günə qədər Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4859 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4694 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 165 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3572-si (76,1%) kişi, 1122-si (23,9%) qadındır".

QİÇS-lə Mübarizə Mərkəzinin direktoru qeyd edib ki, QİÇS mərhələsində olan insanların sayı 1508 nəfərdi:

"Onlardan Azərbaycan vətəndaşlarının sayı 1484 nəfərdir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 667 nəfərdir. Onların hamısı Azərbaycan vətəndaşlarıdır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin