Azərbaycanda “Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunması barədə qərar qəbul olunub.
Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, İctimai Birliyinin təsis olunmasına həsr olunan onlayn toplantıda Birliyin Nizamnaməsi müzakirə olunub və səsvermə nəticəsində Abdul Orucov Assosiasiyanın sədri, Laləzar Heydərova və Tehmur Musayev sədr müavinləri seçiliblər.
Bundan başqa, Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 25.12.2020
Yeni İctimai Birlik təsis edildi
Hazırda oxunan: Yeni İctimai Birlik təsis edildi
Hazırda oxunan: Yeni İctimai Birlik təsis edildi
6346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.