Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.
Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq.
Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:24 / 25.12.2020
Hərbçilər yaş həddi nəzərə alınmaqla tərxis ediləcək - ƏMR
Hazırda oxunan: Hərbçilər yaş həddi nəzərə alınmaqla tərxis ediləcək - ƏMR
Hazırda oxunan: Hərbçilər yaş həddi nəzərə alınmaqla tərxis ediləcək - ƏMR
6343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.