Azərbaycanda Amnistiya Aktının icrası başa çatdı

Hazırda oxunan: Azərbaycanda Amnistiya Aktının icrası başa çatdı

63411

8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrası başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

Onun sözlərinə görə, Amnistiya Aktının icrası ötən gün yekunlaşıb.

Xatırladaq ki, Amnistiya Aktının icrasının başa çatması ilə bağlı martın 11-də nazirliyin aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin