"Müharibə veteranı" adı veriləcək tibb işçilərinin siyahısı hazırlanır

Hazırda oxunan: "Müharibə veteranı" adı veriləcək tibb işçilərinin siyahısı hazırlanır

63315

Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli 127s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Vətən müharibəsi dövründə həmin ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, sözügedən Sərəncamdan irəli gələrək Vətən müharibəsi dövründə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlara "Müharibə veteranı" adının verilməsi məqsədilə Agentlik tərəfindən lazımi məlumatlar toplanılır.
 

MÖVZU İLƏ BAĞLI:

Müharibə veteranlarına verilən Prezident təqaüdü müddətsizdir – RƏSMİ


Belə ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların hazırlanması barədə tapşırıq verilib.

Tapşırığa uyğun olaraq TƏBİB həmin şəxslər barədə siyahının və təsdiqedici məlumatların - hərbi biletlərin surəti, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərin hazırlanmasını təmin edir.

TƏBİB tərəfindən siyahı Agentliyə təqdim edildikdən sonra sözügedən şəxslərə müharibə veteranı adının verilməsi məsələsinə baxılması üçün sənəd aidiyyəti dövlət orqanına təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin