Bu gündən “Kənddən Şəhərə” həftəsonu yarmarkaları başladı

Hazırda oxunan: Bu gündən “Kənddən Şəhərə” həftəsonu yarmarkaları başladı

63311

Bu gündən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeron ərazisində üç fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları başlayıb.

Yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Bizim.Media xəbər verir ki, budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək


Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir.

Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər. 

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək: 

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) 

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) 

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A 

Xatırladaq ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkası martın 7-dək fəaliyyət göstərəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin