Millət vəkili Etibar Hüseynov Koroğlu körpüsündəki intihara cəhd hallarından danlşıb. Moderator.az -ın məlumatına görə, milət vəkili Facebook səhifəsində bununla bağlı status yazıb:
"Bu nə biabırçılıqdı anlamıram. Arvadından küsən, işdən çıxarılan, kreditini verə bilməyən gəlib. Bakıda çıxır Koroğlu körpüsünə. Saatlarla davam edən tıxac paytaxtın bütün hərəkət ritmini pozur, insanlar nə qədər əsəb ve problem yaşayır. Belələrine görə, və bütün bunların fonunda bu intihar telxəkleri heç bir cəza almır. Bu cəzasızlıq isə bu təlxəkləri daha da ruhlandırır. Mən anlamıram- nədən bunun qarşısı alınmır. Bəziləri təklif edir ki, o körpünün yanında polis postu qurulsun ve.s. Amma ehtıyac yoxdu ve vəziyyətden də çox sade çıxış yolu var. Bu da körpünün her iki tərəfden tutacaqlarını tikanlı polad məftillə təxminen 1 metr məsafədə sarımaqdı. Vəssalam. Bunudamı mən deməliydim?"
Xatırladaq ki, ötən gün metronun “Koroğlu”x9d stansiyası yaxınlığında Tovuz sakini Nizami Musayev körpüyə çıxaraq intihar etmək istəyib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, 1969-cü il təvəllüdlü Tovuz sakinini xilasedicilər fikrindən daşındıra biliblər.
FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə Nizami Musayevi körpüdən endiriblər. Qeyd edək ki, son günlər bu cür hallar tez-tez baş verir.

































































































