Yunan filmləri Azərbaycanda - FESTİVAL

Hazırda oxunan: Yunan filmləri Azərbaycanda - FESTİVAL

63245
Bu gün “28 cinema”x9d klubda, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Yunanıstan Səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda Yunan filmləri festivalı"nın açılışı olub.

Festivalın açılışında görkəmli mədəniyyət xadimləri ilə yanaşı müxtəlif ölkələrin Azərbaycanda olan səfirləri və nümayəndəlikləri də iştirak ediblər. 
Fesitivalı giriş sözü ilə açıq elan edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  Vitse-prezidentİ  Vəli Əlibəyov ölkəmizdə keçirilən "Azərbaycanda Yunan filmləri festivalı"nın  Azərbaycan və Yunanıstan arasındakı mədəniyyət əlaqələrinin inkişafında müsbət addımlardan biri hesab etdiyini vurğulayıb. Sonra Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas da çıxış edərək Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn festivalın keçirilməsini müsbət hal kimi qarşıladıqlarını bildirərək, qonaqları filmlərə baxmağa dəvət edib.
Tamaşaçılar 28, 29, 30 noyabr və 1 dekabr da daxil olmaqla 4 gun davam edəcək festivalda, dünya tamaşaçıları tərəfindən müsbət qarşılanan 8 yunan filmini izləyə biləcəklər. Onu da qeyd edək ki, filmləri izləmək istəyən hər kəs  dəvətnamələri 28Cinema-nın kassalarından pulsuz əldə edə bilərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin