“Pandemiya artıq bitib, qadağalar götürülsün” – Həkimdən TƏKLİF 

Hazırda oxunan: “Pandemiya artıq bitib, qadağalar götürülsün” – Həkimdən TƏKLİF 

63166

“Pandemiya bitib artıq! Təklif edirəm ki, karantinlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılsın”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış həkim-radioloq Aydın Əliyev deyib.

Onun sözlərinə görə Azərbaycanda koronavirusun heç bir təhlükəsi qalmayıb:

“COVID pasportu, qapalı yerlərdə maska geyinilməsi, koronavirusla tələb edilən uçuş testləri, qapalı məkanlarda insanların toplaşma sayındakı məhdudiyyətlər, bir sözlə bütün qadağalar aradan qaldırılsın. İnsanlara cərimələr yazılmasın və hamı rahat yaşasın!”,- deyə həkim əlavə edib. 

Qeyd edək ki, son bir həftədə Azərbaycanda koronavirusa yoluxmada və ölüm hallarında azalma müşahidə olunur.

İnfeksionsitlərin bildirdiyinə görə ölkədə epidemioloji durum sabitdir. Onu da bildirək ki, Türkiyədə və Ermənistanda qapalı məkanlarda maska tələbi aradan qaldırılıb. Fransada isə COVİD pasportunun ləğvinə qərar verilib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin