"Azərbaycan" kran gəmisinin təmiri yekunlaşdı, suya buraxıldı

Hazırda oxunan: "Azərbaycan" kran gəmisinin təmiri yekunlaşdı, suya buraxıldı

63162

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus 2500 ton yükqadırma qabiliyətinə malik “Azərbaycan” kran gəmisinin əsaslı təmiri uğurla başa çatıb. 

ASCO-dan Bizim.Media-ya verilən məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir çərçivəsində baş mühərriklərin yağ və su soyuducuları, nasoslar, hava balonlarının armaturları, mexanizmlərin dəniz suyu ilə soyutma və yağ sistemlərinin boru xətləri, çirkab su boru sistemləri təmir olunub.

Elektrik avadanlıqlarında yaranmış nasazlıqlar aradan qaldırılıb, çirkab su çənləri tam təmizlənib, 30 və 400 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb.
Helikopter meydançasının qoruyucu torları üzərində quraşdırılmış borular yenisi ilə əvəzlənib. Suüstü sahələr və baş göyərtə təmizlənərək rənglənib. 

Məlumata görə, gəmi tərsanəyə qaldırılaraq avar və sükan qurğlarınınn hidravlik idarəetmə sistemləri təmir olunub. Sınaq yoxlama işlərindən sonra “Azərbaycan” kran gəmisi suya buraxılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin