Razi Nurullayev və dostları qutabdan ZƏHƏRLƏNDİ – “Yaxşı ki birini yemişdim” 

Hazırda oxunan: Razi Nurullayev və dostları qutabdan ZƏHƏRLƏNDİ – “Yaxşı ki birini yemişdim” 

63146

“Gözəl qanunlar qəbul edirik, amma həyata keçirilməsi zəif olur. Bunun üçün də parlament qəbul etdiyi qanunların tətbiqinə nəzarəti də həyata keçirməlidir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin plenar iclasında səsləndirib. 

Deputat fikirlərinin davamında “Biz papiros və digər tütün məmulatlarından istifadə haqqında qanun qəbul etmişik. Lakin ölkənin istənilən yerində, restoranından tutmuş, otel, bar, şadlıq evlərində və hamamlarda belə papiros çəkilir”, - deyə bildirib.  

Yağların keyfiyyəti məsələsinə də toxunan Razi Nurullayev qeyd edib ki, bazarda ucuz və keyfiyyətsiz yağlar var: 

"Bu gün insanların imkanı yoxdur ki, gedib keyfiyyətli yağ alsınlar. Bir faktı deyim, dostlarla yol kənarında maşını saxlayıb qutab yemək istədik, yaxşı ki mən birini yedim. Amma yoldaşlarım ac olduqlarından bir neçəsini yedilər. Mən birini yediyimə görə özümü yaxşı qurtardım, amma dostlarım həyatlarını güclə xilas edə bildilər. Odur ki, bu məsələlərə də diqqət yetirmək lazımdır". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin