Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media xəbər verir ki, piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyərək, özləri ilə bərabər digər hərəkət iştirakçılarına da təhlükə yaradan şəxslər saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.
Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb.
Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
05:29 / 04.03.2022
Balakəndə qaydaları pozan piyadalar cərimələndi
Hazırda oxunan: Balakəndə qaydaları pozan piyadalar cərimələndi
Hazırda oxunan: Balakəndə qaydaları pozan piyadalar cərimələndi
63061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.