AZTV sədri tənqidlərə cavab verdi: ''Faktı bizdən eşitmək istəyirsinizsə...''

Hazırda oxunan: AZTV sədri tənqidlərə cavab verdi: ''Faktı bizdən eşitmək istəyirsinizsə...''

6306

Bu gün təəssüf ki, Azərbaycan mediasında naşı və qeyri-peşəkar insanlar da var.

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov ilin yekunlarına həsr olunmuş onlayn konfransda deyib.

O, tənqidlərə cavab verərək bildirib:

"Hər hansı məsələni kimlərinsə prizmasından ötürən həmkarlar var. Bu gün hər bir tənqidi və müsbət fikrin əsası və faktı olmasına çalışmalıyıq. O faktı bizdən eşitmək istəyirsinizsə, biz öz həmkarlarımıza açığıq. Çalışırıq ki, televiziyada baş verənlər barədə operativ və obyektiv məlumatlar verək.

İnternet mediasında elələri var ki, yaratdıqları saytı özlərinin şəxsi “Facebook” profili hesab edirlər və istədiklərini yazırlar.

Onların yazdıqları qeyri-obyektiv məlumatlar ictimaiyyətə ötürülür və ictimai fikri yanlış istiqamətə yönəldirlər.

Olmazdı ki, müəyyən yazı yazarkən obyektivliyi və qarşı tərəfin fikirlərini də ortaya qoyasınız? Əgər biz jurnalistikanın 3 əsas prinsipini - obyektivlik, dəqiqlik və qərəzsizlik prinsiplərini görməzlikdən gəliriksə, özümüzü jurnalist adlandıra bilmərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin