DİN intarnat məktəbində şəxsiyyət vəsiqələri payladı

Hazırda oxunan: DİN intarnat məktəbində şəxsiyyət vəsiqələri payladı

62999
Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə 3 dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində, noyabrın 26-da Abşeron rayonunun Saray qəsəbəsində yerləşən fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədri Xalidə Bayramova və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin şöbə rəisi, polis polkovniki Gülşən Əhmədovanın da iştirak etdikləri tədbir zamanı internat evində yaşayan 18 nəfərə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub, burada işləyən 3 müəllimin isə şəxsiyyət vəsiqəsi yeniləri ilə əvəz edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin