Bakıdakı Ukrayna mağazaları bağlanır? – SƏBƏBİ ÖZƏL 

Hazırda oxunan: Bakıdakı Ukrayna mağazaları bağlanır? – SƏBƏBİ ÖZƏL 

62929

Ukrayna-Rusiya arasında günlərdir gedən gərgin münaqişənin səbəb olduğu iqtisadi böhran Azərbaycanda Ukrayna Ticarət evinə də təsir göstərib. Belə ki, məhsul idxalının azalması səbəbi ilə mağazalarda məhsul çatışmazlığı var.

Ukrayna məhsullarının istehlakçısı olan şəxslər son günlərdə istədikləri məhsulu tapmaqda çətinlik çəkirlər. Şəhərin bir neçə yerində yerləşən mağazalarda alıcılara deyiblər ki, anbarda mal tükəndiyindən ola bilsin bir neçə günə fəaliyyətlərini saxlasınlar.

Məsələ ilə bağlı Ukrayna Ticarət evinin rəhbəri baş direktoru, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında hazırda vəziyyətin gərgin olduğunu diqqətə çatdırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya - Ukrayna müharibəsinin 8-ci günü – ONLAYN XRONİKA


“Gərginliklə dolayı heç vaxtım yoxdur verilən sualları cavablamağa. Tam açıqlama verə bilməyəcəyəm”.

Qeyd edək ki, Azərbaycanda Ukrayna Ticarət Evinin, eləcə də Ukraynadakı Azərbaycan Ticarət Evinin yaradılması ideyası Ukrayna və Azərbaycan prezidentləri tərəfindən 2016-cı ilin iyul ayında irəli sürülüb. Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu ilin dekabr ayındakı rəsmi səfəri zamanı Azərbaycanda “Ukrayna Ticarət Evi” nin açılışını edib.

Səkinə Yusibli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin