Türk valiyə Azərbaycan bayrağı

Hazırda oxunan: Türk valiyə Azərbaycan bayrağı

62922
Türkiyədə bir qrup azərbaycanlı tələbə təhsil aldıqları Kahramanmaraş şəhərinin valisi Mustafa Hakan Güvençeri ziyarət ediblər. ANS PRESS-in məlumatına görə, vali ilə tanış olan tələbələr şəhərin inzibati rəhbərinə öz problemlərindən danışıblar. 

“Kahramanmaraş Azərbaycan Mədəniyyət və Həmrəylik”x9d qrupunun rəhbəri Tural Şahbazlı valinin onları yaxşı qarşıladığını və onların problemi ilə maraqlandığını deyib. 

“Əlbətdə biz eyni ağacın budaqlarıyıq. Hər nə qədər köklərimiz eyni olsa da bəzi fərqliliklərimiz var. Amma buna öyrəşmək çox vaxt aparmır. Biz burda təhsil alan azərbaycanlı tələbələrlə Azərbaycanı Kahramanmaraşda tanıtdığımız qədər, Azərbaycanda da Kahramanmaraşı tanıdırıq. Bu fəaliyyətlərimiz inşallah bundan sonra da davam edəcək. Bu gün cənab valini ziyarət etdik. Sağolsun, bizi yaxşı qarşıladı və problemlərimizi qeyd etdi. 

Vali Mustafa Hakan Güvençer isə tələbələrin ziyarətinə görə çox məmnun olduğunu deyib. 

“Bizlər bir millət, iki dövlətik. Tələbə dostlarımızı dinlədim və problemlərini qeyd etdim. İnşallah əlimdən gələni edəcəyəm”x9d. 

Ziyarətin sonunda tələbələr valiyə üstündə Qız Qalasının şəkli olan xalça və Azərbaycan bayrağı hədiyyə ediblər. 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin