Azərbaycanda əmək və məşğulluq sahəsində rəqəmsallaşma 80%-ə çatdırılacaq

Hazırda oxunan: Azərbaycanda əmək və məşğulluq sahəsində rəqəmsallaşma 80%-ə çatdırılacaq

62920

2022-ci ildə əmək və məşğulluq sahəsində rəqəmsallaşma səviyyəsinin 80%-ə çatdırılması hədəflənib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin 2022-ci il üzrə hədəflərin və icra planlarının müzakirəsi zamanı bildirilib.

Qeyd edilib ki, hazırda vahid əmək münasibətləri platforması rolunu oynayacaq “Əmək münasibətləri və məşğulluq” altsistemi qurulur. “Məşğul şəxslərin reyestri”, “Ölkənin məşğulluq xəritəsi, “BACAR” virtual informasiya resursu, "Sosial tərəfdaşlarla iş və reyestrlər" e-sistemi və s. də yaradılması işləri aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

“Məşğulluq marafonu” üzrə 1744 şəhid ailəsi üzvü və qazi işlə təmin olundu


Agentliyin sədri Mustafa Abbasbəyli bu il də aktiv məşğulluq proqramlarının genişləndirilməsinin əsas hədəflərdən olduğunu, o cümlədən peşə hazırlığına cəlb edilənlərin sayının artacağını deyib.

İxtisaslı işçi qüvvəsinin xüsusi çəkisini artırılmasının, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsinin əsas fəaliyyət istiqamətləri olduğunu qeyd edib.

Qeyri-formal məşğulluğun qarşısının alınması üçün kompleks tədbirlərin görülməsi, sosial tərəfdaşlarla iş, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, vətəndaşlara göstərilən xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması, əmək və məşğulluq siyasətinin hədəfyönümlü olmasının təmin edilməsi, hər bir işsizə münasibətdə məşğulluq imkanlarının qiymətləndirilməsi və individual Fərdi Məşğulluq Proqramının tərtib edilməsi və s. hədəflərə doğru görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin