GDU-da "Biz və ONLAR" adlı layihə keçiriləcək

Hazırda oxunan: GDU-da "Biz və ONLAR" adlı layihə keçiriləcək

62856

Moderator.az xəbər verir ki, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Biz və ONLAR “ adlı yeni sosial məsuliyyət layihəsi həyata keçririlir. Layihə ümumilikdə 25 noyabr və 25 dekabr tarixlərini əhatə edir. Layihənin əsas məqsədi qayğıya ehtiyacı olan körpələr üçün xüsusi  dəstək göstərməkdən ibarətdir.Ötən il də kimya-biologiya tələbələri tərəfindən keçirilən layihə bu il fərqli formatda keçiriləcək. Belə ki, layihədə ilk mərhələdə tələbələr tərəfindən toplanmış ianələr ilə tələbələrin də iştirakı ilə körpələr evində bayram münasibətilə bayram konserti və əyləncə təşkil ediləcək. Həmçinin  yığılan məbləğ ilə kiməsiz körpələrin  xüsusi ehtiyaclar qarşılanacaq.

Layihənin ikini mərhələsi kimi isə kimsəsiz uşaqlar üçün “UÄžUR və Gələcək”x9d adlı motivasiya mövzusunda  təlimləri keçiriləcək.Kimsəsiz uşaqların gələcək üçün xüsusi motivasiya ilə gələcəyə hazırlanması məqsədilə xüsusi işlər görüləcək.

Layihədə sizdə könüllü işləyib, yaxud da əlinizdən gələn məbləğ ilə dəstək olmaq istəyirsinizsə siz də qoşulun.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin