238 saylı məktəbdə nə baş verir?

Hazırda oxunan: 238 saylı məktəbdə nə baş verir?

62846

Moderator.az-a Bakıda yerləşən Namiq Həmzəyev adına 238 saylı orta məktəblə bağlı şikayət məktubu daxil olub. Məktubda deyilir:

“Namiq Həmzəyev adına 238 saylı orta məktəbdə rus, ingilis, tarix fənnlərindən dərslər keçirilmir. Məktəbin 10-11-ci sinif şagirdləri ümumiyyətlə dərsə gəlmir. Repetitor yanında çalışan uşaqların dərsə gəlməmələrinə tərbiyə işləri üzrə direktor müavini səviyyəsində şərait yaradılır. Dərsə davamiyyətin olmadığı şəraitdə tədrisin keyfiyyətindən danışmaq təbii ki, yersizdir. 238 saylı məktəbdə monitorinqin aparılması, müəllimlərin dərsində oturulması, savad və metodikalarının olub-olmamasının öyrənilməsi məqsədəuyğundur. Vəziyyətin kafi şəkildə olduğunu bilən Bakı Şəhər Təhsil İdarəsinin vəzifəli şəxsləri naməlum səbəbdən tədbir görmək istəmir. Direktor ümumiyyətlə məktəbdə olmur”x9d.

 

P.S.Ümid edirik həm Təhsil Nazirliyi, həm də Bakı Şəhər Təhsil İdarəsi müraciətdə yer alan ittihamların həqiqətə nə dərəcədə uyğun olub-olmadığını araşdıracaq, deyilənlər öz təsdiqini taparsa, problemin həlli üçün lazımi addımları atacaqdır.

Moderator.az olaraq mövzu ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin