Rusiyada yaşayan Azərbaycanlılar patentsiz işləyə biləcəklərmi? – YENİ QAYDA gəlir

Hazırda oxunan: Rusiyada yaşayan Azərbaycanlılar patentsiz işləyə biləcəklərmi? – YENİ QAYDA gəlir

62824

Rusiyada miqrant kimi yaşayan Azərbaycanlıların həmin ölkədə işləyə bilmələri üçün patent almaları şərtdir. Amma son günlər sosial mediada miqrantların Rusiyada patentsiz çalışmaq imkanı verəcək sərəncamın olacağı haqda söhbət gəzir.

Bizim.Media bu haqda danışan iqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, hələ bu barədə rəsmi xəbər yoxdur.

“Şayiələri mən də görmüşəm. Açığı, nə rus mətbuatında, nə də rəsmi hansısa mənbədə bu məsələni təsdiq edən və ya inkar edən bir məlumatla rastlaşmamışam”.

İqtisadçı-ekspert ehtimal edir ki, Rusiyada iqtisadi vəziyyəti nəzərə alaraq, miqrasiya haqqında qanunlarda müəyyən dəyişikliklərin olacağı gözlənilir:

“Hətta belə bir qaydalar qəbul olunsa, bunun çərçivələri, çox güman ki, müəyyənləşdiriləcək. Yəqin ki, yaxın günlərdə bununla bağlı rəsmi xəbərlər olacaq”.

Hazırkı müharibə şəraiti Rusiyada belə bir qaydanın qəbulunu qaçılmaz edir. Amma yeni şərtlərin nədən ibarət olacağı tam detalları ilə izah edilmir".

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin