Doğuşa hazırlaşan qadının bətnindəki körpə tələf olub: həkim günahlandırılır - VİDEO

Hazırda oxunan: Doğuşa hazırlaşan qadının bətnindəki körpə tələf olub: həkim günahlandırılır - VİDEO

62818

Bakıda doğuşa hazırlaşan qadının bətnindəki körpənin tələf olduğu məlum olub.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, ailə körpənin ölməsində həkimi günahlandırır.

Üçüncü körpələrinin gəlişini səbirsizliklə gözləyən ailə ana bətnində doğumuna bir neçə gün qalmış körpənin tələf olmasına görə həkimi günahlandırır.

Bir neçə gün öncəyə qədər bütün tibbi yoxlamalardan keçdiklərini, uşağın və ananın vəziyyətinin normal olduğunu söyləyən həkim, hamilə qadına bir neçə qanartırıcı dərman da yazıb. Bu gün sonuncu yoxlama zamanı aldıqları ağır xəbərin şokunu yaşayan körpənin atası Sənan Hüseynalıoğlu iddia edir ki, yoldaşı İlahə Hüseynova özəl klinikalardan birində Mətanət adlı həkim tərəfindən müayinə olunub. Atanın sözlərinə görə, həkim uşağın tələf olduğunu deyərək, onları 3 saylı Şəhər Klinik Xəstəxanasına göndərib.

Sənan Hüseynalıoğlu iddia edir ki, ona uşağın boğazına ana bətnində ciftin dolaşdığını deyiblər, ancaq o, buna inanmır. 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Arzu Babayeva isə "Xəzər Xəbər"ə açıqlamasında İlahə Hüseynovanın xəstəxanaya artıq bətnində körpəsi öldükdən sonra gəldiyini deyib.

Hamilə qadının keçdiyi müalicə prosesi və baş verən hadisənin təfərrüatları ilə bağlı Mətanət həkimlə isə əlaqə saxlamaq mümkün olmadı.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, iddialarla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin