Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi II Qarabağ savaşında döyüşlər zamanı görmə qabiliyyətini itirən qazilərə növbəti dəfə çağırış edib.
Bizim.Media xəbər verir ki, bu gün Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayevin təşkilatçılığı ilə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə, erməni terroru nəticəsində görmə qabiliyyətini itirmiş şəxslərin özləri və ailə üzvləri ilə görüş keçirilib.
Keçirilən görüş zamanı qazilərin döyüş şücaətləri, qəhrəmanlıq xatirələri haqqında məlumat toplanıb. Eyni zamanda cəmiyyətə adaptasiya, inteqrasiya və abilitasiya sahələrində mövcud problemlər öyrənilərək, aidiyyəti qurumlar qarşısında qaldırılması planlaşdırılıb.
Vətən uğrunda göz işığının itirilməsini bir qəhrəmanlıq nümunəsi olaraq qəbul edən igidlərimiz haqqında tanınmış aktrisa Simuzər Ağakişiyevin müəllifliyi ilə “Qəhrəmanlıq nümunəsi” kitabçasının hazırlanması nəzərdə tutulur.
Ölkədə yaşayan görmə üzrə əlilliyi olan hər bir şəxsin sərbəst mütaliə etməsini təmin etmək məqsədilə hazırlanmış kitab audio formatda brayl və iri şriftlə nəşr ediləcək.
Qeyd edək ki, görüş 1 Fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəhrəmanlıq nümunəsi” layihəsi çərçivəsində baş tutub. Sözügedən layihə 6 ay müddətində icra ediləcək.
Layihənin əsas məqsədi Qarabağ uğrunda gedən döyüşlər zamanı görmə qabiliyyətini itirmiş şəxslərin ictimaiyyətə tanıdılması və onların qəhrəmanlığının gənc nəsilə nümunə olaraq çatdırılmasından ibarətdir.
Onu da əlavə edək ki, layihə başa çatdıqdan sonra hazırlanmış “Qəhrəmanlıq nümunəsi” kitabının təqdimat mərasimi keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:13 / 02.03.2022
Müharibədə görmə qabiliyyətini itirən qazilərə ÇAĞIRIŞ – Təmənnasız reablitasiya olunacaqlar
Hazırda oxunan: Müharibədə görmə qabiliyyətini itirən qazilərə ÇAĞIRIŞ – Təmənnasız reablitasiya olunacaqlar
Hazırda oxunan: Müharibədə görmə qabiliyyətini itirən qazilərə ÇAĞIRIŞ – Təmənnasız reablitasiya olunacaqlar
62815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.