DİN-dən yas mərasimi təşkil edənlərə XƏBƏRDARLIQ 

Hazırda oxunan: DİN-dən yas mərasimi təşkil edənlərə XƏBƏRDARLIQ 

62807

Daxili İşlər Nazirliyi (DİN) qapalı məkanlarda yas mərasimləri təşkil edən şəxslərə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev açıqlama verib. 

O, bildirib ki, koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır. 

"Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı var. Hər kəsi qaydalara əməl etməyə çağırırıq", - o vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin