İmişlidə qazilərin və mina qurbanlarının problemləri müzakirə olundu – FOTO  

Hazırda oxunan: İmişlidə qazilərin və mina qurbanlarının problemləri müzakirə olundu – FOTO  

62805

Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə yardımı ilə İmişli rayonunda icra etdiyi “Mina qurbanları və qazilərin sosial təminatının gücləndirilməsi təşəbbüslərinin dəstəklənməsi” mövzusunda müzakirə-dinləmə keçirilib.  

Bizim.Media xəbər verir ki, layihənin rəhbəri Məmmədhəsən Həsənov tərəfindən müharibənin yaratdığı mina və partlamamış silah-sursatlarla bağlı problemlər haqqında məlumat verib.

Daha sonra söz verilən layihənin eksperti Rəşad Həsənov təqdimatla çıxış edərək, hazırda Azərbaycanda mövcud olan sosial müdafiə və reabilitasiya mexanizmləri, onlardan istifadə qaydaları, davamlı təminat və inkluziv iqtisadi model qruculuğunda dövlət siyasətinin yeni istqamətləri haqqında iştirakçılara geniş məlumat verib.  

Təqdimatdan sonra müzakirə iştirakçıları və müvafiq sosial qrupların təmsilçiləri ilə onların gündəlik həyat fəaliyyələrində üzləşdikləri çətniliklər, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi haqqında təklifləri və sualları ətrafında müzakirələr davam etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin