Bu gün 800-ə yaxın azərbaycanlı Polşaya təxliyə ediləcək

Hazırda oxunan: Bu gün 800-ə yaxın azərbaycanlı Polşaya təxliyə ediləcək

62778

“Bu günə kimi 600-dən çox azərbaycanlı Polşa sərhədini keçib. Bu gün isə 800-ə yaxın azərbaycanlının Polşaya keçməsi planlaşdırılır”.

Bizim.Media xəbər verir ki, bunu Polşada azərbaycanlılara dəstək olan diaspor rəhbəri Fərid Cəfərli deyib.

O bildirib ki, təxliyə olunanlardan 100-130 nəfəri Varşavada yerləşdirilib:

“Bizim Krakov şəhərində də nümayəndəmiz var. Orada da 50-dən çox həmvətənimiz yerləşdirilib. Onların arasında Aəzrbaycana təxliyə edilənlər də var. Şənbə gününə çarter reysi gözlənilir. Biz burada olan soydaşlarımızı yerlə və qida ilə təmin etmişik. Ümumiyyətlə, 50 nəfərə yaxın şəxs Azərbaycana gedib. Bir çoxlarının Polşada qohumları və qalmağa yerləri olduqlarından burada qalıblar" (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin