"Burda hər yeri bombalıyırlar. Qorxuruq çox. Evlərimiz qırılır, pəncələrimiz qırılır. Çox qorxuruq biz".
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bu, 10 yaşlı Gülayın Ukraynada baş verənlərə uşaqcasına münasibətidir.
O, iki azyaşlı bacı və qardaşı, nənə və babası, anası və bir neçə qohumu ilə birlikdə Ukraynanın Çernikov şəhərində yaşayır. Bu ölkədə müharibə başlayandan isə mərmilərdən qorunmaq üçün yaşadıqları binanın zirzəmisinə sığınıblar.
Ailə şəhəri tərk edə bilməmələrini ətraf ərazilərin minalanması ilə izah edir.
Onların sözlərinə görə, dövlət qurumları Azərbaycana qayıtmaq üçün Moldova və digər ölkələrə keçməyi məsləhət görsələr də, şəhərdəki vəziyyətin gərginliyindən onlar olduqları yeri tərk edə bilmirlər.
Gəncə sakini Təhminə Qayıbova hazırda Ukraynada yaşayan qızı Səbinə Qayıbova və onun ailəsi üçün narahatdır. Ukraynaya gəlin köçən və hazırda ana olmağa hazırlaşan qızının həyatından nigaran olan ana onların ölkəmizə gətirilmələrini istəyir.
Qeyd edək ki, hazırda zirzəmiyə sığınan ailənin üzvlərindən biri Ukrayna özünümüdafiə dəstəsində qulluq edir. Ailə 20 ilə yaxındır ki, bu ölkədə yaşayır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:42 / 02.03.2022
Ukraynada azərbaycanlı ailə 6 gündür zirzəmidədir - VİDEO
Hazırda oxunan: Ukraynada azərbaycanlı ailə 6 gündür zirzəmidədir - VİDEO
Hazırda oxunan: Ukraynada azərbaycanlı ailə 6 gündür zirzəmidədir - VİDEO
62747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.