Vətən müharibəsində iştirak edənlərin siyahısı hökumətə təqdim ediləcək – TƏLTİF OLUNACAQLAR

Hazırda oxunan: Vətən müharibəsində iştirak edənlərin siyahısı hökumətə təqdim ediləcək – TƏLTİF OLUNACAQLAR

62744

Vətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı 15 gün müddətində hökumətə təqdim ediləcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adının verilməsi ilə əlaqədar Nazirliyin Mərkəzi elektron informasiya sisteminə adları daxil edilmiş şəxslərin siyahısını on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin