Azərbaycanda 2 şirkətin vəzifəli şəxslərinə cinayət işi açıldı - SƏBƏB

Hazırda oxunan: Azərbaycanda 2 şirkətin vəzifəli şəxslərinə cinayət işi açıldı - SƏBƏB

62736

Azərbaycanda 2 şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Baş Prokurorluğuna əmək hüquqlarının pozulmasına dair vətəndaş ərizələri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə araşdırmalar aparılıb.

Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma nəticəsində paytaxtın Yasamal və Quba rayonlarında müvafiq olaraq fəalliyət göstərən “SRS Group” və "D.Fruits Kəndli Təsərrüfatı" MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunub.

Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaqı aparılması üçün Bakı şəhəri Yasamal rayon və Quba rayon prokurorluqlarına göndərilib.

Eyni zamanda, aşkar edilən inzibati xətalara görə icraatlar başlanılaraq baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin