Bu gün sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndində erməni milliyyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntü həqiqəti əks etdirmir.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilir ki, kənd sakinləri tərəfindən aşkarlanan şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib.
Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:26 / 24.12.2020
DİN: Yevlaxda aşkarlanan şəxs erməni deyil
Hazırda oxunan: DİN: Yevlaxda aşkarlanan şəxs erməni deyil
Hazırda oxunan: DİN: Yevlaxda aşkarlanan şəxs erməni deyil
6272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.