Bakılı sürücü İstanbulda maşını belə saxladı - FOTO

Hazırda oxunan: Bakılı sürücü İstanbulda maşını belə saxladı - FOTO

62704
Bakıdan Türkiyəyə gedən sürücü burada özünü əməlli-başlı «göstərib». Daha doğrusu, qayda pozuntusu ilə insanların diqqətini çəkib və Azərbaycanın adını orada da pis mənada hallandırıb. Avtosfer.az-a oxucular tərəfindən göndərilən fotodan aydın olur ki, İstanbulun Aksaray adlanan ərazisində Azərbaycana məxsus «BMW-X-6» markalı, 90 HN 888 dövlət nömrə nişanlı avtomobil dayanma-durma qaydalarını kobud şəkildə pozub. Görünür, özünü Bakıdakı kimi hiss edən sürücü avtomobili səkiyə çıxarıb və orada park edib.

Fotonu saytımıza göndərən oxucunun bildirdiyinə görə, Bakıdan gələn sürücünün bu hərəkəti ətrafdakı insanlar tərəfindən pis qarşılanıb və türklər «azəri sürücülər həmişə belədir» deyə, keçib gediblər.

Fotoya diqqətlə baxdıqda məlum olur ki, səkidə bu maşından başqa heç kim park etməyib. Maşınlar yalnız yolun solunda dayanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin