Bu qida məhsulları hormonları balanslaşdırmaqla arıqlamağa yardım edir

Hazırda oxunan: Bu qida məhsulları hormonları balanslaşdırmaqla arıqlamağa yardım edir

6269

Bəzən gün ərzində saatlarla idman etmək, dieta saxlamaq orqanizmin arıqlamasına səbəb olur.

Bunun isə səbəbi piylənmənin hormonal sistemdə baş verən pozğunluqlarla əlaqədar olmasıdır. Hormonların pozulmasına isə metobolozmdə baş verən dəyişikliklər, orqanizmə daxil olan kimyəvi maddələr, yuyucu tozlar, şampunlar, hətta, kirlənmiş hava da səbəb ola bilir.

Bizim.Media bildirir ki, aşağıdakı qidalar orqanizmdə hormonların balanslaşmasında çox rol oynayır və hormonlar səbəbindən baş verən piylənmənin azalmasına səbəb olur:

1. Avokado

Avokadonun tərkibində beta-sitosterol var. Bu maddə orqanizmin arıqlamasına səbəb olur. Beta-sitoserol qanda xolesterolun miqdarını aşağı salır və qanda kortizolun miqdarını artırır. Bu isə orqanizmdə iltihabi proseslərin baş verməsinin qarşısını alır.

2. Qoz

Qozun da tərkini beta-sitoserolla zəngindir. Bu maddə çəki ilə problemlərin həll olunmasına yardım edir. Qozun tərkibində olan melatonin hormonu yuxunu da normallaşdırır.

3. Zirinc

Zirinc antioksidantlarla zəngin bir qida maddəsidir. Zirincin tərkibi selen və dəmirlə zəngindir. Zirinc iltihabəleyhinə və antibakterial təsirə malikdir. Bu meyvə qaraciyəri sağlamlaşdırır, immun sistemini möhkəmləndirir və qalxanabənzər vəzin fəaliyyətini yaxşılaşdır.

4. Darçın

Darçın maddələr mübadiləsini yaxşılaşdırır və orqanizmin arıqlmasına yardım edir. Darçın tərkibində olanlara görə orqanizmə çox faydalıdır. Darçının tərkibində olan aldehidlər orqanizmin təbii hormonlarının balanslaşmasına səbəb olur.

5. Yaşıl çay

Araşdırmalar yaşıl çayın maddələr mübadiləsini yaxşılaşdırdığını və arıqlamağa səbəb olduğunu sübut etmişdir. Yaşıl çay orqanizmə enerji verir, stress əmələ gətirən hormonları blok edir və qarın bölgəsindəki piylərin əriməsinə səbəb olur. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin