Amma indi oxucuların diqqətinə ərz edəcəyimiz bu xəbər də Ginnesin "Rekordlar kitabı"na düşəsi biabırçılıqdı.
Moderator.az-a bəlli olub ki, Sabunçu rayonunda paytaxtın ikinci hündür bayraq meydanını inşa etdirmək hələ də bir əcaib səbəbə görə bu günədək mümkün olmayıb. Belə ki, rayonun Bakıxanov (keçmiş Razin) qəsəbəsindəki ən hündür yer əvvəlki icra başçısının dönəmində "təsadüfən" çox iriçaplı bir məmurun yaxın ətrafına satılıb və əraziyə "kupça" alan həmin şəxs də indi daş atıb başını tutur ki, həmin yeri kimsəyə vermərəm. Hətta iş o yerə çatıb ki, həmin adam icra hakimiyyətini məhkəmə ilə hədələyib. Beləcə icra başçısının arzusu gözündə qalıb...



























































































