Qubanın Vladimirovka kəndində kütləvi kəsilən ağaclarla bağlı MÜƏMMA – Sifarişçi kimdir? 

Hazırda oxunan: Qubanın Vladimirovka kəndində kütləvi kəsilən ağaclarla bağlı MÜƏMMA – Sifarişçi kimdir? 

62596

Fevralın 21-də Qubanın Vladimirovka kəndi ərazisində - Dağlı kəndindən Vladimirovka kəndinə gedən su arxının yanında ağacların kütləvi şəkildə qırıldığı barədə məlumat vermişdik. Ərazidəki yaşıllıq zolağında sağlam ağacların (aralarında akasiya da var - Red) kim tərəfindən kəsildiyi, əlibaltalı iki fəhlənin ora kim tərəfindən göndərildiyi hələlik məlum deyil. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi idarəsinin əməkdaşları dərhal araşdırmaya başlayıblar. 

Sözügedən ərazinin Vladimirovka kənd bələdiyyəsinə məxsus olduğu məlum olub. Amma kəsim əmrini kimin sifariş verməsi hələ də qaranlıq qalır. 

Bizim.Media-nın Xaçmazdakı 5 saylı ərazi ekologiya və təbii sərvətlər idarəsindən əldə etdiyi məlumata görə, artıq toplanmış materiallar nazirliyə göndərilib. 

Öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ağaclara qənim kəsilmiş şəxsin kimliyinə aydınlıq  gətirmək üçün Baş  Prokurorluğa  müraciət edəcək.  
Qeyd edək ki, sözügedən ərazidə ağacların kütləvi qırılması barədə xəbəri Qubada çıxan "Şəfəq" qəzetinin redaktoru Qəhrəman Qasımov Bizim.Media-ya verib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin