Azərbaycanda 600 nəfərə yaxın şəhid ailə üzvü işlə təmin olunub

Hazırda oxunan: Azərbaycanda 600 nəfərə yaxın şəhid ailə üzvü işlə təmin olunub

62578

Son aylarda 600 nəfərə yaxın şəhid ailə üzvü Təhsil Nazirliyi sistemində işlə təmin olunub.

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində də şəhid ailəsinin üzvü olan namizədlərə üstünlük veriləcək.

İlk növbədə, onlar vakansıya seçiminə buraxılacaqlar.

Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilib. 
Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının ələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin