Artıq baharın müjdəçisi olan çərşənbələrdən ikincisi, od çərşənbəsi bu axşam bayram ediləcək. Od çərşənbəsi qədimdən xalqımızın ən çox önəm vediyi rituallardan biridir. Çünki insanlıq tək Allahlığa qədər oda, Günəşə siytayiş edib. Qədim türklərdə də od bir növ arınma, həyat əlaməti hesab olunub.
Xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsində də qulaq falına cıxılar, küsülülər barışdırılar, qonum-qonşular yasda olan ailənin həyətində tonqal qalayar, bununla da o ailəni yasdan çıxararmışlar. Qeyd etdiyimiz od cərşənbəsi haqqında şəhər sakinlərinin fikirlərini öyrəndik.
Rayonlarda daha yaxşı adətlərin oldugunu və hündür tonqalların qalandıgını söyləyənlər də oldu.
Beləliklə bu gün axşam Azərbaycan xalqı od çərşənbəsi şərəfinə açdığı süfrə başına yığışacaq. Ocağının istisinə qızınacaq. Biz də odun alovun ancaq ocaqlarda və sevgi dolu ürəklərdə yanmasını arzulayırıq. Qoy, Vətənimizin hər guşəsində, azad Qrabaqğda da tonqallarımız gur qalansın. Od cərşənbəniz mübarək olsun!
Daha ətraflı videoreportajda baxa bilərsiniz:
Şahnaz Əziz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:03 / 01.03.2022
Azərbaycan Od çərşənbəsini qeyd edir - VİDEOREPORTAJ
Hazırda oxunan: Azərbaycan Od çərşənbəsini qeyd edir - VİDEOREPORTAJ
Hazırda oxunan: Azərbaycan Od çərşənbəsini qeyd edir - VİDEOREPORTAJ
62574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.