Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlıda səfərdə olarkən onlara pay olaraq Qubadlı xurması verilib.
Bizim.Media xəbər verir ki, İlham Əliyev xurmaları Bakıya apardıqlarını bildirib.
"Əladır. Aparırıq Bakıya. Qubadlı xurmasından yeyəcəyik. Elə yerə qoyun əzilməsin", - deyə Prezident qeyd edib.
Qeyd edək ki, dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.
Bizim.Media