Ünvanlı sosial yardım bu halda dayandırıla bilər - Səbəb açıqlandı

Hazırda oxunan: Ünvanlı sosial yardım bu halda dayandırıla bilər - Səbəb açıqlandı

62539

Hansı hallarda vətəndaşa ünvanlı dövlət sosial yardımı üçün müraciət edilməsinə 1 il məhdudiyyət qoyulmasına aydınlıq gətirilib. 

Bizim.Media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov "Sosial saat"da bu barədə danışıb. 

O bildirib ki, vətəndaş ünvanlı dövlət sosial yardımın təyin olunmasına təsir edə biləcək ailə tərkibi, gəlirləri və əmlakı barədə yanlış informasiya verərsə və ya sonradan baş vermiş dəyişikliklərlə bağlı 15 gün ərzində məlumat verməzsə, bu hallar aşkarlandıqda verilən ünvanlı dövlət sosial yardımı dayandırılır və 1 il həmin şəxsin müraciətinə məhdudiyyət tətbiq olunur: 

“Vətəndaşın 15 gün ərzində özünün məlumat vermədiyi dəyişikliklər əmək müqaviləsinə edilmiş dəyişiklik, pensiya və müavinətlərin artımı ilə bağlıdır. Yəni mərkəzləşmiş sistemlər vasitəsilə elektron bazadan əldə olunan məlumatlar istisnadır” – o deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin