Bakı zibilxanalarından çıxan silahlar - FOTOLAR

Hazırda oxunan: Bakı zibilxanalarından çıxan silahlar - FOTOLAR

62509
Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Təmiz Şəhər”x9d ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub. 

Zavodun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tapılan əşyalar polisə təhvil verilib.

“Təmiz Şəhər”x9d ASC-nin təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələri bunlardır:

1) 161 ədəd 7.62 çaplı təlim patronu
2) 38 ədəd 7.62 çaplı patron
3) 9 ədəd 5.45 çaplı patron
4) 2 ədəd radioötürücü
5) 1 ədəd radioötürücünün cərəyan dolama cihazı
6) 1 komplek hərbi durbin
7) 1 ədəd PDM-2 30 mm-lik mərmisi
8) 1 ədəd tüfəng qundağı

Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin