Nərgiz Paşayevadan Qulu Məhərrəmliyə sürpriz

Hazırda oxunan: Nərgiz Paşayevadan Qulu Məhərrəmliyə sürpriz

62503
Bu günlərdə 60 illik yubileyi qeyd olunan görkəmli jurnalist və elm xadimi, professor Qulu Məhərrəmli dünən Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə dissertasiyaların müdafiəsini keçirən Şurada sözün həqiqi mənasında sürprizlə qarşılaşıb. 

Moderator.az -ın məlumatına görə, hər şey dissertant Almaz Nəsiblinin “Xarici radioların Azərbaycan dilində yayımı: tarix, problemlər və perspektivlər”x9d mövzusunda uğurlu müdafiəsindən və onun yekun çıxşından sonra baş verib. Bu çıxışdan sonra Dissertasiya Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva İddiaçının elmi rəhbəri, müasir Azərbaycan jurnalistikasının təmsilçisi Qulu Məhərrəmlinin yubileyi barədə Şura üzvlərinə bilgi verib. Professor Qulu Məhərrəmlini “peşəkar jurnalist və yüksək səviyyəli mütəxəssis“ kimi səciyyələndirən Nərgiz xanım ona böyük yaradıcılıq uğurları arzulayıb. Daha sonra alim dostları ustad jurnalisti təbrik edərək, yubiley arzularını bildiriblər.

Dissertasiya Şurasının üzvü, professor Nəsir Əhmədli tədbirdən sonra müxbirimizə bildirib ki, belə elmi məclisdə, adətən, Şura üzvləri ilə bağlı əlamətdar hadisələr qeyd olunur. Amma Nərgiz xanım jurnalistikamıza və jurnalistika elmimizə böyük töhfələr vermiş Qulu Məhərrəmli kimi bir alimə diqqət göstərməklə Azərbaycan mediasına və bu sahənin elm adamlarına öz rəğbətini nümayiş etdirmiş oldu. Bu diqqətə görə biz professor Nərgiz xanıma öz minnətdarlığımızı bildiririk.
Nərgiz Paşayevadan Qulu Məhərrəmliyə sürpriz Nərgiz Paşayevadan Qulu Məhərrəmliyə sürpriz Nərgiz Paşayevadan Qulu Məhərrəmliyə sürpriz Nərgiz Paşayevadan Qulu Məhərrəmliyə sürpriz Nərgiz Paşayevadan Qulu Məhərrəmliyə sürpriz
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin